Kayıtlar

Sol Ayağım /Christy Brown

Resim
   Gəlin birinci Christy Brown-u yaxından tanıyaq.    Christy Brown Dublində İrland bir ailənin sağ qalan 23 uşağından biridir. Christy serebral ifliclə birlikdə dünyaya gəlib və uzun müddət hərəkət,danışıq qabiliyyəti olmadan yaşayıb. Bu gün sizə bəhs edəcəyim kitabda isə onun öz həyatını ,hisslərini kitab vasitəsilə bizlərə necə ötürdüyünü görəcəyik. Christy-nin çox çətin həyatı var idi. Onun bacı-qardaşları oxuyur, böyüyür, evlənirdilər. Bir gün qardaşı yeni il hədiyəsi olan rəngli boyaları ilə oynadığı zaman Christy bunu görür və çox xoşu gəlir.Ondan əvvəl sol ayağı ilə hərflər,sözlər yazmağı bilən Christy  boyaları götürür  və onlardan sol ayağı vasitəsilə istifadə etməyə başlayırdı. Uşaq vaxtı ətrafında baş verənləri tam olaraq anlamayan Christy böyüdükcə ətrafdakı normal insanlarla arasında fərqi anlamağa başlayır və Christy-nin özü ilə danışdığı, tamamilə daxilinə çevrildiyi günlər başlayır.        "Orada oturarkən özümdən soruşdum ki, mən nəyəm? Mən sadəcə Allahın zarafat

What is the ESC program? What am I doing in Poland?

Resim
    First of all, I want to talk to you a little bit about this program.  European Solıdarity Corps (ESC) is  a Programme funded by European Commission  which allows youngsters aged (18–30 years) to become a volunteer in another country for a specified period of time, usually between 2–12 months.  These projects offer an inspiring and empowering experience, as well as the chance to bring change while developing your skills and competences.       My program is in Poland and since I chose the long-term program, I will volunteer here for 1 year. I have been working with low-budget families and children with psychological problems at the youth center for 3 months. Now I want to tell you about the activities we have done in the past 3 months on this blog.   These photos are from a theater we were a part of with the children in the first months of the program. We designed, painted and created the theater's clothing and decorations together. I usually do activities with children actively

Yuxu fazaları. Bacarıqlı insanlar gündə neçə saat yatır?

Resim
                                Neçə yuxu fazası vardır? Və yuxu fazaları nə üçün önəmlidir ?                                          Yuxunu anlamaq istəyiriksə, ilk növbədə onu müəyyənləşdirməliyik. Ancaq görünən odur ki, biz insanlar da daxil olmaqla minlərlə müxtəlif heyvan növünün hər gün saatlarla etdiyi bu davranışı izah etmək asan deyil. Merriam-Webster lüğəti yuxunu "gözlərinizin və şüurunuzun bağlı olduğu təbii istirahət vəziyyəti" olaraq təyin edir. Bu, ictimaiyyətə yönəlmiş və elmdə o qədər də əhəmiyyəti olmayan  bir tərifdir. İnsanların əksəriyyəti gün ərzində bütün yuxu ehtiyaclarını tək və fasiləsiz yuxudan almasına baxmayaraq; yuxu rejiminin müxtəlif fazaları var. Onları iki böyük kateqoriyaya ayırmaq mümkündür: birfazalı (monofazlı) yuxu və polifazalı  yuxu. Birincisi,  tez-tez rast gəlinən   gündə bir dəfə yatmaq davranışıdır. Həmçinin "saf monofaz yuxu", "kvazzi monofaz yuxu" və "yarı monofaz yuxu" kimi alt başlıqlara malikdir.

Psixoloji İlkin Yardım

Resim
                        Psixoloji ilkin yardım nədir ? Və hansı hallarda ,kimlər tərəfindən həyata keçirilir ? Psixoloji İlk Yardım (PİY), uşaqlara, yeniyetmələrə, böyüklərə və ailələrə fəlakət və terrorun dərhal sonrasında kömək etmək üçün sübuta əsaslanan modul bir yanaşmadır. Bir fəlakətdən və ya travmatik hadisədən təsirlənən şəxslər, sağ qalanlar, şahidlər və ya bu cür hadisələrə cavab verənlər, hadisədən sonra mübarizə apara və ya yeni problemlərlə üzləşə bilirlər.Fəlakətlərə,travmatik hadisələrə insanların verdikləri reaksiyaları bir-birindən fərqləndirən bir sıra səbəblər var :  1.Yaşadıqları hadisələrin xarakteri və şiddəti, 2.Daha əvvəl baş verən  hadisələr, 3.Aldıqları dəstək, 4.Fiziki sağlamlıq, 5.Şəxsi və ailə psixoloji sağlamlıq problemləri, Bir suala cavab tapaq.Psixoloji ilkin yardım hər kəsə tətbiq olunmalıdır ? Xeyr. PİY sadəcə ciddi bir fəlakət nəticəsində stress içində olan insanlara tətbiq olunur.Ancaq stress içərisində  olan hər kəs bu yardımı istəməyə bilər bu za

Dopamin hormonu və dopamin detoksu

Resim
 Dopamin hormonu haqqında az-çox hamınız məlumatlısınız.Dopamin "xoşbəxtlik hormonlarından" biri kimi tanınır. Dopamin, mərkəzi sinir sistemində  fəaliyyət göstərən və bədən üçün yaddaş, yuxu, əhval-ruhiyyə,motor aktivliyi, idrak və davranış kimi çox vacib funksiyaları tənzimləyən bir nörotransmitterdir.İndi düşünə bilərsiniz ki,bu qədər vacib funksiyaları özündə daşıyan bir hormon üçün nəyə görə detoks edək ? İndi gəlin məsələnin digər yönünə diqqət edək.     Dopamin əslində zövq verən bir maddədir. Bir şeydən zövq aldığınız zaman bilin ki, beyninizin bir sahəsindən digərinə çox miqdarda dopamin buraxılmışdır. Siqaret çəkərkən və ya şokolad yeyərkən dopamin aktivləşir. Dopamin  yaxşı bir yemək yeyərkən ilk yeməkdə hiss etməyə başladığınız zövqdür.Aşiq olanda özümüzü yaxşı hiss edirik, hiperaktiv oluruq, yuxumuz azalır. Zövq hiss edirik. Bu sevgilinizdən deyil, öz beyninizdəki dopamindən qaynaqlanır.Lakin bütün bunlarla yanaşı dopamin bağlılıq,asılılıq yaradan bir "kömək

A.Adler " Bədən dili və onun mövqeləri " (1)

Resim
       Yeni mövzumuz Alfred Adlerin elmə gətirdiyi invidual psixologiya haqqında olacaq. Əvvəlcə gəlin qısa müddətlik Adlerin kimliyini gözdən keçirək. Alfred Adler   psixologiyanın birinci vəzifəsi kimi sosial faktoru ortaya qoyan ilk psixoloqlardan sayılır.Adlerə görə  “İndividual psixologiya fərdi, cəmiyyətin daxilində görür və tədqiq edir və biz insana cəmiyyətdən ayrı halda baxmaq və tədqiq etməkdən imtina edirik”. Əgər Freydə görə, insan davranışı universal bioloji faktorlara əsaslanırsa, Adlerə görə isə, davranış insanın konkret həyat təcrübəsi, yaşadığı mühit, sosial xarakter kimi bir sıra digər faktorlar əsasında meydana gəlir. Bir başqa sözlə desək, Adlerə görə, şəxsiyyət sosial faktorlar, fəaliyyət faktoru və yaxınlarla olan münasibətlər kimi faktorların konflikti ilə müəyyən olunur.Beləliklə,bu günki yazım Alfred Adlerin "Yaşamaq sənəti" kitabında yer verdiyi Bədən dili və pozisiyalar haqqında olacaq.      Adlerə görə bir insanın psixologiyasını daha yaxşı anlamaq

Müasir dövrdə münasibətlər (2) - Love Bombing

Resim
            Bir öncəki yazımda sizinlə müasir dövrdə olan münasibətlərdə psixoloji şiddətdən və onun növlərindən danışmışdıq.Bu dəfəki yazıda da ən geniş yayılmış "flört şiddəti"dən Love bombing haqqında danışacağıq.Başlayırıq,yaxın əyləşin.     Love Bombing azərbaycanca mənası "sevgi bombardımanı" deməkdir.Bu ikitərəfli münasibətlərdə ortaqlardan birinin nəzarəti ələ keçirmək və manipulyasiya etmək üçün göstərdiyi həddindən artıq sevgi və maraqdır.Qısaca desək, love bombing bunun mükəmməl  bir münasibət olduğuna və gələcəkdə hər şeyin mükəmməl olacağına inanmaq, buludların üstünə qaldırılmaq və sonra gözlənilənin əksini  yaşamaq kimi təsvir edilə bilər.Bu münasibət içərisində olarkən özünü sevginin zirvəsində hiss edirsən. Daha əvvəl heç yaşamadığınız kimi 'ən yaxşısını' yaşayacaqsınız. Bunu hiss etdirən adam bir müddət səni bir kral/kraliça olaraq görə bilər, sənə hədiyyələr yağdıra bilər və hər gününü daha əyləncəli və sevgi dolu keçirməyinə çalışa bilər