Autizmli olduqları halda necə dünyaca məşhur fizikə çevrildilər?
- Albert Einstein ( 14 mart 1879 )
Albert Eynşteyn doğulduğu zaman başının arxa hissəsi böyük idi.Valideynləri ilk
əvvəl bunun normal olduğu və zamanla keçib gedəcəyini düşünürdülər ancaq o
böyüdükcə artıq danışmamağa da başlamışdı.Yaşıdlarından kəskin dərəcədə fərqlənirdi.Eynşteyn
3 yaşına çatanda çox az danışa yalnız bir sıra sözlər ,7 yaşına gəldikdə isə
yenə bir neçə söz və cümlə deyirdi və bunları davamlı olaraq təkrarlayırdı.İlk
məktəb illərində də yaşıdlarından geri qalan Eynşteyn yalnız 9-10cu siniflərə
çatanda artıq daha yaxşı oxumağa başlamışdı.Bəs Eynşteyni Eynşteyn edən nə idi?Bu
sindromun müsbət tərəfi zəkalarının normal insanlardan daha yüksək
olmasıdır.Eynşteyn də güclü bir zəkaya sahib idi.Eynşteynin təpə payının normal
insanlardan daha böyük idi və beynin bu hissəsi riyaziyyat ,vizual qabiliyyətlərlə
əlaqəli bacarıqların inkişaf etdiyi bölgə idi.
- İsaak Nyuton (25 dekabr 1642)
İsaak Nyuton ingilis fizik,riyaziyyatçı,kimyaçı alimdir.İlk doğulduğu zamanlar həddindən artıq arıq olduğu üçün ailəsi onun yaşaya biləcəyini düşünmürdü.İsaak yaşıdlarına görə fiziki cəhətdən çox zəif idi ancaq onlardan zəkasına,xəyal gücünə görə fərqlənirdi.Bu fərqlilik onu yaşıdları ilə olan münasibətlərində də hiss olunurdu,yaşıdları onunla oynamaq istəmir və çox zaman onu oyuna daxil etmirdilər.Nyuton zaman keçdikcə dərsləri ilə daha çox məşğul olmağa başalayırdı və artıq ətraf-aləm onun üçün maraq kəsb etmirdi.Ətrafa olan laqeydliyi və ətrafında olan bir neçə dostlarına qarşı olan kobud davranışları onda Asperger sindromu olduğunun göstəricisidir.Nyuton artıq 50 yaşında çatdıqda paranoya və depresiyyayadan əziyyət çəkirdi.Asperger sindromuna görə İsaak Nyutonun bütün beyin payları ayrı-ayrı işləyə bilirdi və buna görə də bir çox sahədə bacarıqlı idi.
"Hamının məni nə hesab etdiyini bilirəm, lakin özüm-özümə dəniz qırağında oynayan və hamar daş, yaxud adi görkəmdə olmayan gözəl balıqqulağı tapanda sevinən uşaq kimi görünürəm, halbuki qarşımda tədqiq edilməmiş böyük okean durur"
- İsaak Nyuton
Diaqnozun mümkün olduğu illərdə alimlər artıq yaşamadıqları üçün onlara tam olaraq diaqnoz qoymaq mümkün olmamışdır yalnız onların qohumları,çox dar olan ətrafından və aparılmış tədqiqatlardan bu nəticəyə gəlmişlər.
Maariflənməyə davam💚
YanıtlaSil