Kayıtlar

Ocak, 2022 tarihine ait yayınlar gösteriliyor

Sol Ayağım /Christy Brown

Resim
   Gəlin birinci Christy Brown-u yaxından tanıyaq.    Christy Brown Dublində İrland bir ailənin sağ qalan 23 uşağından biridir. Christy serebral ifliclə birlikdə dünyaya gəlib və uzun müddət hərəkət,danışıq qabiliyyəti olmadan yaşayıb. Bu gün sizə bəhs edəcəyim kitabda isə onun öz həyatını ,hisslərini kitab vasitəsilə bizlərə necə ötürdüyünü görəcəyik. Christy-nin çox çətin həyatı var idi. Onun bacı-qardaşları oxuyur, böyüyür, evlənirdilər. Bir gün qardaşı yeni il hədiyəsi olan rəngli boyaları ilə oynadığı zaman Christy bunu görür və çox xoşu gəlir.Ondan əvvəl sol ayağı ilə hərflər,sözlər yazmağı bilən Christy  boyaları götürür  və onlardan sol ayağı vasitəsilə istifadə etməyə başlayırdı. Uşaq vaxtı ətrafında baş verənləri tam olaraq anlamayan Christy böyüdükcə ətrafdakı normal insanlarla arasında fərqi anlamağa başlayır və Christy-nin özü ilə danışdığı, tamamilə daxilinə çevrildiyi günlər başlayır.        "Orada oturarkən özümdən soruşdum ki, mən nəyəm? Mən sadəcə Allahın zarafat