Kayıtlar

Temmuz, 2021 tarihine ait yayınlar gösteriliyor

Yaddaş Pozuntuları : Amneziya (1)

Resim
Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri də düşüncənin normal olmasıdır.Düşüncənin pozulması ilə müşaiət olunan bütün hallarda tam amneziya qeyd olunur. Amneziya - yaddaşın bu və ya digər müddət ərzində tamamilə itməsidir.Amneziya beynin travmaları və ruhi sarsıntılarla əlaqədar olaraq o bir neçə formadan ibarətdir :  1) Retroqrad ( travmatik) amneziya - travmadan əvvəlki hadisənin unudulmasına deyilir. Məsələn ,avtomobil qəzasında yaşanan orta dərəcəli travma, qurbanın qəzadan bir neçə dəqiqə əvvəl yaddaşını itirməsinə səbəb ola bilər. 2) Anteroqrad amneziya - travmadan sonrakı hadisələrin bu və ya başqa müddət ərzində unudulmasına deyilir.Bu tip amneziyanın müddəti  bir neçə dəqiqə ilə bir neçə gün arasında dəyişə bilir. 3) Retardik amneziya - bu zaman xəstə müəyyəm tutma hallarından çıxdıqdan sonra hadisələri xatırlamağa başlayır. 4) İnsanın öz şəxsi həyatının bəzi mühüm anlarının,xüsusilə ağır təəsüratlarla bağlı hadisələrin unudulması affektogen amneziya adla