Kayıtlar

Mayıs, 2020 tarihine ait yayınlar gösteriliyor

Bəşəriyyətin səsi-musiqi ilə terapiya

Resim
          Musiqi - bəşəriyyətin universal fenomeni, zaman və məkanda hərəkət edə bilən ton səsidir.Musiqi insanın danışmadan belə duyğularını ifadə edə bilməsinə kömək edir.Musiqi eyni zamanda fərqli fərqli xalqları,mədəniyyətləri bir-birinə birləşdirir.   Bəs musiqi ilə terapiya mümkündürmü?  İnsanlar əsrlər boyu zehni və fiziki xəstəlikləri aradan qaldırmaq üçün müxtəlif müalicə metodlarından istifadə edirlər.İlk insanlar ruh və ya cin adı daşıyan pis məxluqların xəstəliklərə səbəb olduqlarına inanırdılar və musiqi,rəqslə onları qovacaqlarını düşünürdülər.Beləliklə,musiqi terapiyası əsrdən əsrə inkişaf etmiş və günümüzdə də geniş istifadə olunmağa başlanmışdır.Musiqi terapiyası həm incəsənət,həm də elmdir. Musiqidən əlaqə qurmaq,insanın böyüməsi və inkişafını tərbiyə etmək,özünü tanıtmaq üçün istifadə etdikdə bu terapiyaya çevrilir.  Bu müddətdə musiqi psixoloji,əqli və fizioloji sağlamlığın bərpasında,fiziki və sosial bacarıqların bərpası və saxlanılmasında müalicəvi vasitə kimi ist

Bir-birindən qəribə 3 genetik sindrom

Resim
  Genetik pozulmaların səbəbi nədir? İnsan bədənindəki hər hüceyrədə 23 cüt xromosom vardır.Xromosom cütləri anadan və atadan miras alınır.Hər bir xromosomda təxminən 2000,hər hüceyrədə isə 50.000 gen olur.Bir çox genetik sindrom orqanizmdəki hər hüceyrədə olan gen dəyişikliklərindən qaynaqlanır.Bununla birlikdə, genetik sindromlar, körpənin doğulduğu və bəslənməyə, böyüməyə başlamasından sonra təsir göstərməyə başlayır. Bu körpələr doğuş zamanı tamamilə normal görünə bilər, amma sonradan onlarda problemlər yarana bilir.   (Orqanizm;Hüceyrə;Xromosom;DNA) 1.Angelman Sindromu   Angelman sindromu (AS), ciddi öyrənmə çətinliyi, inkişaf ləngiməsi və tipik üz görünüşü və davranışla nəticələnən irsi bir nevroloji bir xəstəlikdir.Sindrom ilk dəfə 1965-ci ildə İngilis uşaq həkimi Harry Angelman tərəfindən müəyyən edilmişdir.Angelman sindromu olan uşaqların üzlərində daim bir gülümsəmə olur və bu uşaqlar gün ərzində normal ortalamadan daha çox gülümsəyirlər.Buna görə bu sindrom "Happy Puppe

John Steinbeckdən "Siçanlar və İnsanlar"

Resim
   John Steinbeck "Siçanlar və insanlar " əsərində insan olmağı,xəyal qurmağı,insanın zəifliyini bizə göstərir.Əsərdəki Lennie nə qədər cüssəli,iri bir adam olsa da onun əqli qabiliyyətinin zəif olması fiziki gücünün daim önünə keçir.        Əsər iki əkinçi - George Milton və Lennie Smallın başına gələn faciəli hadisələr haqqındadır.       " Onlar cığırın bir ucundan düşərək açıq yerlərdə belə,ard-arda gəlmişdilər.Hər ikisi sarı,mis düyməli mavi cins kombinzon və kətan pencək geyinmişdi.Birinci adam bəstəboy,cəld və ağıllı idi.Arxasınca düşən ikinci adam isə onun tam əksi ; şəkilsiz sifəti,geniş,əydəm çiyinli bir yekəpər idi.Ayaqlarını ağır-ağır sürdükcə sanki ayı pəncəsini çəkirdi." Birinci adam George ağıllı idi və Lennieni hər zaman qoruyur onunla birlikdə daha yaxşı həyat yaşamağın xəyallarını qururdu.Lennie isə əqli qüsurlu biri idi.Onun tək istəyi sevimli,balaca , istədiyi zaman oxşaya biləcəyi siçanlar,dovşanlar və George-la bərabər gözəl həyat yaşamaq idi.  

Autizmli olduqları halda necə dünyaca məşhur fizikə çevrildilər?

Resim
   Asperger sindromu autizmin daha çox maraq doğuran pozğunluqlarından biridir.Bu sindrom autizmdən daha yüngüldür lakin inkişafda gecikmələr və sosial münasibətlərdə pozulmalarla özünü göstərir.Asperger sindromuna sahib alimlərə Albert Eynşteyn və İsaak Nyuton aiddir.      Albert Einstein ( 14 mart 1879 ) Albert Eynşteyn doğulduğu zaman başının arxa hissəsi böyük idi.Valideynləri ilk əvvəl bunun normal olduğu və zamanla keçib gedəcəyini düşünürdülər ancaq o böyüdükcə artıq danışmamağa da başlamışdı.Yaşıdlarından kəskin dərəcədə fərqlənirdi.Eynşteyn 3 yaşına çatanda çox az danışa yalnız bir sıra sözlər ,7 yaşına gəldikdə isə yenə bir neçə söz və cümlə deyirdi və bunları davamlı olaraq təkrarlayırdı.İlk məktəb illərində də yaşıdlarından geri qalan Eynşteyn yalnız 9-10cu siniflərə çatanda artıq daha yaxşı oxumağa başlamışdı.Bəs Eynşteyni Eynşteyn  edən nə idi?Bu sindromun müsbət tərəfi zəkalarının normal insanlardan daha yüksək olmasıdır.Eynşteyn də güclü bir zəkaya sahib idi.Eynşteyni

"Bizi insan halına gətirən Tanrının bizi yaratdığı zaman mayamıza əlavə etdiyi qüsurlardır"

Resim
      İnsan ;   Tibbdə : fizioloji bir quruluş, Sosilogiyada : cəmiyyətin bir hissəsi, Psixologiyada : fərqli bir “mənlik” sistemi və yaradıcılıq ünsürü İqtisadiyyatda : sistem vahidi, İlahiyyatda : Allahın yaratdığı məxluqdur İnsan qüsursuz varlıq deyil lakin bir çox insanın sosial həyatına diqqət etdikdə “mükəmməl”,”qüsursuz” görünmək üçün çalışdıqlarını və bəzən də bunu fərqində olmadan etdiklərini görə bilərik. Hər birimizin dərk etməli olduğu həyati və təsir edici bir həqiqət var: “Özümüzə qarşı etdiyimiz hər səhv,daxilimizdən uzaqlaşmaq üçün atdığımız hər bir addım bizim şüuraltımızda bir iz buraxır və bizim həyatımıza,insan münasibətlərimizə təsir göstərir.”                        Bəs əgər biz qüsursuz deyiliksə nəyə görə doğuşdan və ya sonradan yaranmış psixoloji,zehni,sosial və bioloji itkilərə görə əziyyət çəkən insanlardan “özümüzü” ayırırıq ?   Burdan yola çıxaraq cəmiyyətdə insanların “əngəlli” insanlara qarşı reaksiyaları 3 yöndən göstərə bilərik       Hər hansı bir