Kayıtlar

Ağustos, 2021 tarihine ait yayınlar gösteriliyor

Müasir dövrdə münasibətlər (2) - Love Bombing

Resim
            Bir öncəki yazımda sizinlə müasir dövrdə olan münasibətlərdə psixoloji şiddətdən və onun növlərindən danışmışdıq.Bu dəfəki yazıda da ən geniş yayılmış "flört şiddəti"dən Love bombing haqqında danışacağıq.Başlayırıq,yaxın əyləşin.     Love Bombing azərbaycanca mənası "sevgi bombardımanı" deməkdir.Bu ikitərəfli münasibətlərdə ortaqlardan birinin nəzarəti ələ keçirmək və manipulyasiya etmək üçün göstərdiyi həddindən artıq sevgi və maraqdır.Qısaca desək, love bombing bunun mükəmməl  bir münasibət olduğuna və gələcəkdə hər şeyin mükəmməl olacağına inanmaq, buludların üstünə qaldırılmaq və sonra gözlənilənin əksini  yaşamaq kimi təsvir edilə bilər.Bu münasibət içərisində olarkən özünü sevginin zirvəsində hiss edirsən. Daha əvvəl heç yaşamadığınız kimi 'ən yaxşısını' yaşayacaqsınız. Bunu hiss etdirən adam bir müddət səni bir kral/kraliça olaraq görə bilər, sənə hədiyyələr yağdıra bilər və hər gününü daha əyləncəli və sevgi dolu keçirməyinə çalışa bilər

Müasir dövrdə münasibətlər haqqında : Ghosting,Benching, Zombieing,Cushioning

Resim
                                          Bu yazıda qeyd edəcəyim hər bir növ psixoloji şiddətə aiddir. Bəs psixoloji şiddət nədir ? Psixoloji şiddət (psixoloji istismar, emosional şiddət və ya emosional sui -istifadə kimi də tanınır), təcavüzkar və zorakılığın elə bir formasıdır ki, cinayətkar qurbanı emosional olaraq qorxutmaq və alçaltmaq, cəzalandırmaq üçün ona  təzyiq göstərir.Psixoloji şiddət törədən şəxs sistematik olaraq qışqırmaq, qorxutmaq, söymək, təhdid etmək, təhqir etmək, alçaltmaq, daimi tənqid etmək, qurbanın hərəkətlərinə, geyiminə, başqaları ilə münasibətlərinə nəzarət etmək,  təhrik etməklə qurbana emosional təzyiq göstərir. Çox vaxt yaxın emosional münasibətlərdə , ailə daxilində və iş yerində görülür. Ən çox görülən şiddət növlərindən biridir, ancaq insanlar bunu ya bilmir, bilirsə də buna qarşı gəlməkdə çətinlik çəkirlər.Müasir dövrdə isə münasibətlər də bir çox psixoloji şiddət növünə rast gəlmək olar. İndi onlara göz ataq. 1) Ghosting  Ghosting, heç bir izah və