Kayıtlar

Nisan, 2021 tarihine ait yayınlar gösteriliyor

Yanuş Korçak-"Uşağı necə sevməli?"

Resim
Bir gün zəng çalınacaq : “Vaxtdır “ Milyonlarla insanlar arasında sən də dünyaya nə isə gətirmisən. Bəs nə ? Saplaq,tozcuq- heç nə. Bu dünyaya gətirdiyin toz dənəsi ulduzları və okeanları,dağları və uçurumları- hər şeyi öz düşüncələri ilə qucaqlayır. O,hiss edən ,görən,iztirab çəkən ,sevinən,sevən,inanan,nifrət edən,cəzb edən,ürək qızdıran bir varlıqdır.   Kiminsə əcdadlar arasında yatan uzaq məni,kiminsə çürümüş,çoxdan unudulmuş səsi birdən-birə sənin körpəndə səslənib. " Sən mənim körpəm " deyirsən... -Mənim körpəm  Yox . Nə hamiləlik aylarında ,nə də doğuş saatlarında körpə sənin olmur.Sən onun oxşar olmalı olduğu nümunə axtarırsan,ona layiq həyat modelləşdirirsən.Nə olsun ki,ətraf ortabablıq və adilikdir ? Nə olsun ki ,ətraf bozluqdur ?   Sənin pərvanən qaynayan həyat axının üzərindədir.Uçurumu   endirmədən möhkəmliyi ona necə verməli,qanadlarının ucunu kəsmədən onları necə möhkəmlətməli ? Necə ona kömək etməlisən ? Öz fərdi nümunələrinləmi yoxsa sözlərlə ? -