Kayıtlar

Aralık, 2020 tarihine ait yayınlar gösteriliyor

Hallusinasiyalar (1)

Resim
  Hallusinasiya xəstənin qavrama sferasında olmayan əşyaların ,hadisələrin,yalançı qavrama obrazlarının yaranmasıdır.Yəni obyektsiz qavramadır.Hallusinasiyalar duyğu orqanlarına müvafiq olaraq 5 formada özünü göstərir : 1) Eşitmə hallusinasiyaları - bu zaman xəstə kiminsə onu çağırdığını,təhqir etdiyini və ya onunla danışdığını eşidir.Bəzi xəstələr isə heç bir məna ifadə etməyən sözlər eşitdiyini deyirlər. Akoazm adlanan belə hallusinasiyalara sadə hallusinasiyalar deyilir. 2) Verbal hallusinasiyalar - bu hallusinasiyalara müxtəlif formalarda rast gəlinir ; ayrı-ayrı sözlər,uzun-uzadı səslənən nitq və s.Xəstənin özü və ətrafı üçün təhlükəli olan hallusinasiyalar imperativ hallusinasiyalardır.Bunlar daha çox əmredici xarakterli olur.Bu hallusinasiyaların təsiri altındakı bir qadın körpəsini balta ilə öldürmüşdür.Başqa bir xəstə isə eyni formada iş yerində lazımlı bütün sənədləri yandıraraq yanğına səbəb olmuşdur. 3) Görmə hallusinasiyaları - bu hallusinasiyalar bəzən sadə - fotopsi