Kayıtlar

Eylül, 2021 tarihine ait yayınlar gösteriliyor

Dopamin hormonu və dopamin detoksu

Resim
 Dopamin hormonu haqqında az-çox hamınız məlumatlısınız.Dopamin "xoşbəxtlik hormonlarından" biri kimi tanınır. Dopamin, mərkəzi sinir sistemində  fəaliyyət göstərən və bədən üçün yaddaş, yuxu, əhval-ruhiyyə,motor aktivliyi, idrak və davranış kimi çox vacib funksiyaları tənzimləyən bir nörotransmitterdir.İndi düşünə bilərsiniz ki,bu qədər vacib funksiyaları özündə daşıyan bir hormon üçün nəyə görə detoks edək ? İndi gəlin məsələnin digər yönünə diqqət edək.     Dopamin əslində zövq verən bir maddədir. Bir şeydən zövq aldığınız zaman bilin ki, beyninizin bir sahəsindən digərinə çox miqdarda dopamin buraxılmışdır. Siqaret çəkərkən və ya şokolad yeyərkən dopamin aktivləşir. Dopamin  yaxşı bir yemək yeyərkən ilk yeməkdə hiss etməyə başladığınız zövqdür.Aşiq olanda özümüzü yaxşı hiss edirik, hiperaktiv oluruq, yuxumuz azalır. Zövq hiss edirik. Bu sevgilinizdən deyil, öz beyninizdəki dopamindən qaynaqlanır.Lakin bütün bunlarla yanaşı dopamin bağlılıq,asılılıq yaradan bir "kömək

A.Adler " Bədən dili və onun mövqeləri " (1)

Resim
       Yeni mövzumuz Alfred Adlerin elmə gətirdiyi invidual psixologiya haqqında olacaq. Əvvəlcə gəlin qısa müddətlik Adlerin kimliyini gözdən keçirək. Alfred Adler   psixologiyanın birinci vəzifəsi kimi sosial faktoru ortaya qoyan ilk psixoloqlardan sayılır.Adlerə görə  “İndividual psixologiya fərdi, cəmiyyətin daxilində görür və tədqiq edir və biz insana cəmiyyətdən ayrı halda baxmaq və tədqiq etməkdən imtina edirik”. Əgər Freydə görə, insan davranışı universal bioloji faktorlara əsaslanırsa, Adlerə görə isə, davranış insanın konkret həyat təcrübəsi, yaşadığı mühit, sosial xarakter kimi bir sıra digər faktorlar əsasında meydana gəlir. Bir başqa sözlə desək, Adlerə görə, şəxsiyyət sosial faktorlar, fəaliyyət faktoru və yaxınlarla olan münasibətlər kimi faktorların konflikti ilə müəyyən olunur.Beləliklə,bu günki yazım Alfred Adlerin "Yaşamaq sənəti" kitabında yer verdiyi Bədən dili və pozisiyalar haqqında olacaq.      Adlerə görə bir insanın psixologiyasını daha yaxşı anlamaq