Hallusinasiyalar (1)
1) Eşitmə hallusinasiyaları - bu zaman xəstə kiminsə onu çağırdığını,təhqir etdiyini və ya onunla danışdığını eşidir.Bəzi xəstələr isə heç bir məna ifadə etməyən sözlər eşitdiyini deyirlər.Akoazm adlanan belə hallusinasiyalara sadə hallusinasiyalar deyilir.
2) Verbal hallusinasiyalar - bu hallusinasiyalara müxtəlif formalarda rast gəlinir ; ayrı-ayrı sözlər,uzun-uzadı səslənən nitq və s.Xəstənin özü və ətrafı üçün təhlükəli olan hallusinasiyalar imperativ hallusinasiyalardır.Bunlar daha çox əmredici xarakterli olur.Bu hallusinasiyaların təsiri altındakı bir qadın körpəsini balta ilə öldürmüşdür.Başqa bir xəstə isə eyni formada iş yerində lazımlı bütün sənədləri yandıraraq yanğına səbəb olmuşdur.
3) Görmə hallusinasiyaları - bu hallusinasiyalar bəzən sadə - fotopsiya,bəzən isə mürəkkəb formada ola bilir.Mürəkkəb formada xəstələr mövcud olmayan heyvanlar,adamlar və ya hadisələri görürlər. Bəzən isə qarşılarında özlərini görə bilirlər.Ağır psixi xəstəliyi olan bir xəstə demişdir : qarşımda üç nəfər adam var idi . Birinin əlində balta,birinin əlində nizə,digərinin əlində isə tapanca var idi və bunların üçü də mən özüməm.
4) Qoxu hallusinasiyaları - bu zaman xəstələr burunlarına pis qoxuların gəldiyini bildirirlər.Bir sıra hallarda onlar günlərlə yemək yeməkdən imtina edir,yeməkdə zəhərli maddələrin olacağından qorxurlar.Onlar anidən gələn çürük,meyit və s. qoxusundan narazı olduqlarını bildirirlər.
5) Taktil hallusinasiyalar - bu zaman xəstələr bədənin müxtəlif nahiyələrində göynəmə ,soyuqluq,dartılma və s. kimi hissiyatın olması,bədənlərində müxtəlif həşəratların gəzdiyini deyirlər.Taktil hallusinasiyalar zamanı bəzi xəstələr daxili orqanlarında tikan,bıçaq və ya canlıların yaşadığını bildirirlər.
Bəzən isə hallusinasiyalar bir neçə hiss orqanını əhatə edə bilir. Məsələn : xəstə həm qoluna ilan sancdığını görür, həm ilanın nəfəsini qolunda eşidir, həm də zəhərin yayıldığını hiss edir.
Hallusinasiyaların baş vermə səbəbləri nədir ?
Şizofreniya,Psixozlar,Psixonevrozlar zamanı hallusinasiyalara rast gəlmək mümkündür.Parkinson xəstələrində də hallusinasiya hallarına rast gəlinir.İlk öncə xəstələr bunun xəyal olduğunu bilsələr də sonrakı mərhələlər də gördüklərini həqiqətdən ayırd etməməyə başlayırlar. Hallusinasiya sağlam insanda da yarana bilər. Həddindən çox işləmək, sistematik yuxusuzluq müəyyən vaxtdan sonra hallusinasiyanın yaranmasına gətirib çıxarır.

Yorumlar
Yorum Gönder