Yanuş Korçak-"Uşağı necə sevməli?"
Bir gün zəng çalınacaq : “Vaxtdır “
Milyonlarla insanlar arasında sən də dünyaya nə isə gətirmisən. Bəs nə
? Saplaq,tozcuq- heç nə.
Bu dünyaya gətirdiyin toz dənəsi ulduzları və okeanları,dağları və uçurumları- hər şeyi öz düşüncələri ilə qucaqlayır. O,hiss edən ,görən,iztirab çəkən ,sevinən,sevən,inanan,nifrət edən,cəzb edən,ürək qızdıran bir varlıqdır.
Kiminsə əcdadlar
arasında yatan uzaq məni,kiminsə çürümüş,çoxdan unudulmuş səsi birdən-birə
sənin körpəndə səslənib.
" Sən mənim körpəm
" deyirsən...
-Mənim körpəm
Yox . Nə hamiləlik
aylarında ,nə də doğuş saatlarında körpə sənin olmur.Sən onun oxşar olmalı
olduğu nümunə axtarırsan,ona layiq həyat modelləşdirirsən.Nə olsun ki,ətraf
ortabablıq və adilikdir ? Nə olsun ki ,ətraf bozluqdur ? Sənin pərvanən qaynayan həyat axının
üzərindədir.Uçurumu endirmədən
möhkəmliyi ona necə verməli,qanadlarının ucunu kəsmədən onları necə
möhkəmlətməli ? Necə ona kömək etməlisən ? Öz fərdi nümunələrinləmi yoxsa
sözlərlə ?
-
Hər bir halda,qoy o
axtarsın , lakin azmasın.qoy zirvələrə hücum etsin,ancaq əzilməsin,qoy kökündən
qopsun amma yaralanmasın,qoy vuruşsun.
Bəs müasir tərbiyə uşaqdan
nə istəyir?
-
Müasir tərbiyə uşağın rahat
olmasını tələb edir.O,uşağın addım-addım neytrallaşmasına,iradə və
azadlığını,mətanətini,tələb və səy qüvvəsini boğmağa və məhv etməyə
aparır.Müasir tərbiyə uşağa deyir “Üzüyola,tərbiyəli,sakit,xeyirxah,rahat “
İradəsiz və həyata
uyğunlaşmamış böyüyəcəyi isə böyüklərin ağlına belə gəlmir.Bunun nəticəsində
isə,hazır formullar verən kitab baxışı kütləşdirir ,fikrin işləməsini
yadırğadır.
Beləliklə,onu sən yaradırsan,sən dünyaya
gətirirsən amma o sən deyil,sənin deyil.Sən
yetkin,güzəştlərdən,qalibiyyətlərdən,məğlubiyyətlərdən,qurbanlardan məmnun və
yorğun,müdafiəlisən; o , isə yenidir,gəncdir və öz haqqlarını özü əldə etməlidir.
Körpə-boşluqdakı tozcuqdur.
Körpə-zamandakı andır.

Yorumlar
Yorum Gönder