Yaddaş Pozuntuları : Amneziya (1)
Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri də düşüncənin normal olmasıdır.Düşüncənin pozulması ilə müşaiət olunan bütün hallarda tam amneziya qeyd olunur. Amneziya - yaddaşın bu və ya digər müddət ərzində tamamilə itməsidir.Amneziya beynin travmaları və ruhi sarsıntılarla əlaqədar olaraq o bir neçə formadan ibarətdir :
1) Retroqrad ( travmatik) amneziya - travmadan əvvəlki hadisənin unudulmasına deyilir. Məsələn ,avtomobil qəzasında yaşanan orta dərəcəli travma, qurbanın qəzadan bir neçə dəqiqə əvvəl yaddaşını itirməsinə səbəb ola bilər.
2) Anteroqrad amneziya - travmadan sonrakı hadisələrin bu və ya başqa müddət ərzində unudulmasına deyilir.Bu tip amneziyanın müddəti bir neçə dəqiqə ilə bir neçə gün arasında dəyişə bilir.
3) Retardik amneziya - bu zaman xəstə müəyyəm tutma hallarından çıxdıqdan sonra hadisələri xatırlamağa başlayır.
4) İnsanın öz şəxsi həyatının bəzi mühüm anlarının,xüsusilə ağır təəsüratlarla bağlı hadisələrin unudulması affektogen amneziya adlanır.Buna bir çox səbəblər : mərkəzi sinir sistemi xəstəlikləri,isteriya nevrozu zamanı rast gəlmək mümkündür.
5) Fiksatsion amneziya isə yadda saxlama qabiliyyətinin azalmasına deyilir.Bu zaman xəstə eşitdiyi,şahid olduğu hadisələri unudur,bəzən adları bəzən də biraz əvvəl gördüyü insanla salamlaşdığını unudub yenidən salamlaşır.
6) Tədricən artan amneziya bu zaman yaddaş pozuntusu bir anda deyil adından göründüyü kimi yavaş-yavaş baş verir.İlk növbədə yaxın zamanda olan xəstəliklər unudulur və köhnə zamanda olan hadisələrin unudulmasına az rastlanır.
Yuxarıda sadaladıqlarımız yaddaşın kəmiyyət pozulmasına aid idi. İndi isə yaddaşın keyfiyyət pozuntuları ilə tanış olaq.
1) Kriptomneziya- başqa bir insanın başına gələn hadisələri sanki öz başına gəlmiş kimi xatırlamaq və o formada nəql etmək.Bu zaman xəstələr hadisələrin nə zaman olduğunu,kim tərəfindən olduğunu unudaraq saki öz başına gəlmişcəsinə anladırlar.
2) Konfabulyasiya- heç vaxt baş verməmiş və baş verməsi qeyri-real olan hadisələrin xəstə tərəfindən xatırlanmasına deyilir.Yəni, xəstə bu hadisələri sanki özü yaşamışcasına xüsusi bir absurdluqla anladır.
3) Psevdoreminisensiya- yanlış,düzgün olmayan ,yalançı yaddaş olub hadisələrin vaxtının,tarixinin təgrif edilməsi ilə özünü göstərir. Məsələn bu xəstə bir söhbət əsnasında 4-5 il əvvəl başına gələn bir hadisəni sanki indi olmuşcasına danışdığına şahid ola bilərik.
Yaddaş pozuntularını öyrəndikdən sonra amneziyanın beyində necə bir görüntü yaratdığına diqqət edək.
Amneziya, duyğularınızı və xatirələrinizi idarə edən limbik sistemi meydana gətirən beyin strukturlarının zədələnməsi ilə nəticələnə bilər.Beynin bir çox sahəsi yaddaşla əlaqəli olduğundan, beynin demək olar ki, hər yerində zədələnmə amneziyaya səbəb ola bilər.
Yorumlar
Yorum Gönder