Müasir dövrdə münasibətlər (2) - Love Bombing

 


          Bir öncəki yazımda sizinlə müasir dövrdə olan münasibətlərdə psixoloji şiddətdən və onun növlərindən danışmışdıq.Bu dəfəki yazıda da ən geniş yayılmış "flört şiddəti"dən Love bombing haqqında danışacağıq.Başlayırıq,yaxın əyləşin.
    Love Bombing azərbaycanca mənası "sevgi bombardımanı" deməkdir.Bu ikitərəfli münasibətlərdə ortaqlardan birinin nəzarəti ələ keçirmək və manipulyasiya etmək üçün göstərdiyi həddindən artıq sevgi və maraqdır.Qısaca desək, love bombing bunun mükəmməl  bir münasibət olduğuna və gələcəkdə hər şeyin mükəmməl olacağına inanmaq, buludların üstünə qaldırılmaq və sonra gözlənilənin əksini  yaşamaq kimi təsvir edilə bilər.Bu münasibət içərisində olarkən özünü sevginin zirvəsində hiss edirsən. Daha əvvəl heç yaşamadığınız kimi 'ən yaxşısını' yaşayacaqsınız. Bunu hiss etdirən adam bir müddət səni bir kral/kraliça olaraq görə bilər, sənə hədiyyələr yağdıra bilər və hər gününü daha əyləncəli və sevgi dolu keçirməyinə çalışa bilər.Münasibətin əvvəlində insana pərəstişkar  kimi davranan və bunu  həm də həddindən artıq hərəkətlərlə digər insanlara göstərən insan  bir müddət sonra bu davranışlarını dayandıraraq münasibətdə oluduğu insana emosional şiddət göstərməyə başlayır. Bu pis davranışlar ümumiyyətlə qarşı tərəfi cəmiyyət qarşısında alçaltmağa çalışmaq, onu əhəmiyyətsiz hiss etdirmək, fikirlərinə məhəl qoymamaq və onu görməmək kimi davranışları əhatə edir.Love bombing fiziki şiddət kimi görünən təsirlər buraxmasa da, insanların daxili dünyalarına daimi zərər verə bilər. Bu zorakılığın uzunmüddətli təsirlərini gündəlik həyatlarında, güvən problemləri,özünü yetərsiz hiss etmə və hər hansı bir mənfi vəziyyətdə səhv etdiyini düşünmək kimi müxtəlif yollarla yaşaya bilərlər.
    Hər şeyi anladıq və  "bəs biz belə münasibətləri normal və sağlam münasibətdən necə ayıra bilərik?" sualını verirsinizsə davam edin.
    
1. "Bir-birimiz üçün yaratılmışıq " manipulyasiyası
Emosional şiddət manipulyasiya ilə başlayan çox təhlükəli bir vəziyyətdir. Yeni bir münasibətdə, tərəflərdən birinin ortaqlarını çox oxşar olduqlarına və ruh yoldaşları olduğuna inandırmağa çalışması çox sağlam bir vəziyyət ola bilməz. Əlbəttə ki, oxşarlıqlar ola bilər, amma ilk gündən davamlı olaraq ifadə edilməsi bu barədə düşünməyə məcbur edir.
2. Hər şey çox sürətlidir.
Bu insanlar sizi tez bir zamanda sevgi,şəvqətlə qucaqlayacaq.Sizə sanki dünyanın mərkəzində siz varmışsınız kimi davranacq və daimi hədiyyələr,təriflərə boğulacaqsınız.Ancaq zaman keçdikcə münasibətlərinin dəyişdiyini və xüsusi bir insan kimi hiss etmək əvəzinə sizdən bir şeyə ehtiyac duyduqlarını görəcəksiniz.Uzun sözün qısası sizə anidən bu hisslərlə yaxınlaşan və daimilik bağışladığını göstərən insanlardan uzaq durun.
3.Münasibətlərin mərkəzi olmağı sevərlər
Etdiklərinin emosonal şiddət olduğunu görmək üçün bu vəziyyəti çox normallaşdıran insanlar münasibətlərinin mərkəz nöqtəsi olmağı sevirlər. Romantik olduqları kimi görünsələr də, diqqəti çəkən tək insan olmaq istəyirlər. Məsələn; dostlarınızla sadə bir telefon zənginə,bir mühitdə digərləri ilə daha çox əyləndiyinizə   dözə bilmirlər.




Yorumlar

Bu blogdaki popüler yayınlar

What is the ESC program? What am I doing in Poland?

Psixoloji İlkin Yardım

Yaddaş Pozuntuları : Amneziya (1)