Sol Ayağım /Christy Brown

   Gəlin birinci Christy Brown-u yaxından tanıyaq. 

 


Christy Brown Dublində İrland bir ailənin sağ qalan 23 uşağından biridir. Christy serebral ifliclə birlikdə dünyaya gəlib və uzun müddət hərəkət,danışıq qabiliyyəti olmadan yaşayıb. Bu gün sizə bəhs edəcəyim kitabda isə onun öz həyatını ,hisslərini kitab vasitəsilə bizlərə necə ötürdüyünü görəcəyik.




Christy-nin çox çətin həyatı var idi. Onun bacı-qardaşları oxuyur, böyüyür, evlənirdilər. Bir gün qardaşı yeni il hədiyəsi olan rəngli boyaları ilə oynadığı zaman Christy bunu görür və çox xoşu gəlir.Ondan əvvəl sol ayağı ilə hərflər,sözlər yazmağı bilən Christy  boyaları götürür  və onlardan sol ayağı vasitəsilə istifadə etməyə başlayırdı. Uşaq vaxtı ətrafında baş verənləri tam olaraq anlamayan Christy böyüdükcə ətrafdakı normal insanlarla arasında fərqi anlamağa başlayır və Christy-nin özü ilə danışdığı, tamamilə daxilinə çevrildiyi günlər başlayır. 
  

   "Orada oturarkən özümdən soruşdum ki, mən nəyəm? Mən sadəcə Allahın zarafatlarından biri idim.On yaşında bir uşaq idim, yeriyə bilmir, danışa bilmir, yemək yeyir və geyinə bilmirdim. Çarəsiz idim, amma nə qədər çarəsiz olduğumu təzəcə dərk etməyə başlamışdım. Hələ özüm haqqında heç nə bilmirdim,başqalarından 'fərqli' idim."
    Kitabda bir çox yerdə Christy-nin daxili əzablarından bəhs edilir.
   "O qədər danışmaq istəyirdim ki... Nəinki ailəmlə, nə dostlarımla; Bütün dünyaya bir şey demək istədim. Danışmağa böyük həvəsim var idi və onun tez bir zamanda ortaya çıxmasını istəyirdim.Danışa bilməmək həmişə insanlarla  münasibət qurmağıma ən böyük maneə olub. Bu, mənim ən ağrılı maneəm idi; Çünki nitqsiz insan itir, milyonlarla söz deməyə çalışır və bir söz deyə bilmir. Yazılarım yaxşı idi, amma elə hisslər var ki, onları “hiss etmək” mümkün deyil, onları sadəcə yazılmış sözlərlə izah etmək olmur. Yazı ölməz ola bilər, amma iki insan arasındakı boşluğu səsin yaratdığı kimi bağlaya bilməz. Dünyanın ən yaxşı kitabını yazmaqdansa  dostumla mübahisə etməyi və ya bir qızla bir neçə dəqiqə söhbət etməyi üstün tuturam."
 Ən önəmlisi isə Christy bütün əngəllərinə baxmayaraq özündən,öz gücündən heç vaxt əl çəkmir. Həmişə  ilham axtarır,və özünün olduğunu halının ən yaxşısı olmaq üçün çalışır.
   "Uğurla nəzərdə tutduqları şey fiziki müstəqillik idisə, bu doğru idi, amma bütün zehni və emosional münaqişələrdən qurtulmaqdan danışırdılarsa, tamamilə səhv etdilər. “Azadlıq”  kimi sözlərin hamısı mənasını itirəcəkdi. Çünki hələ də anlayırdım ki, həbsxana barmaqlıqları arxasındakı “əsirliyim” zamanı keçmişdə hiss etdiyim ağrı və kədər, qaçmaq şansı ilə zəncirlərimi qırmağa çalışarkən etdiyim cəhdlərlə əvəz olundu. Ağıllı insanların “oyanış”  dediklərinin altında gizlətməyə çalışdıqları ağrını indi hiss edirdim. Aprel leysanları kimi gəlib-gedən uşaq melanxoliyası deyildi, bəlkə də hələ keçici idi, amma beynimdə dərin iz buraxacaq yetkin bir ağrı idi. Hiss edirdim ki, öz ehtiyaclarımı daha çox başa düşürəm, bu ağrılı idi. Ehtiyaclarımı layiqincə ödəməyimin mümkün olmadığını anladıqca ağrılarım daha da artırdı. Həyatımdakı və ya emosional həyatımdakı fiziki qüsurlarımın heç vaxt "normala" dönməyəcəyini görmək çox ağrılı idi, bu da sonda həqiqətən vacib idi. Bu ağrını içimdə yaşamalı, basdırmalı idim. Bunu başa düşmək ağrılı idi, amma lazım idi. Gözümü yumub haqqımda xoşagəlməz həqiqətlərə arxa çevirməyim mənə nə fayda verərdi? Mən bunu dəfələrlə sınamışam; amma son imtahanı bir az da gecikdirməkdən başqa heç nə etmirdim. Bu mütləq baş verməli idi. Elə oldu, məni qaranlığa apardı, ağır bir dövr yaşadım, bir müddət incitdi, amma sonda içimdə gücləndim."
   Bu kitab bizə serebral iflicli , nitq qüsuru olan insanların daxili aləmini tam şəffaflığı ilə göstərir. Kitabı oxuduğum zaman özümü Christy-nin yerinə qoydum və dünyayı onun kimi hiss etməyə çalışdım. İndi sıra sizdədir.Təsəvvür edin ki,bir ailədə doğulan yeganə serebral iflicli uşaqsınız. Ətrafınızda hamı öz normal həyatına davam edərkən siz daha çox çətinliklə qarşılaşmalı və bunun üstəsindən gəlməyə çalışmalısınız.Necə hiss edərdiniz ? 

      


Yorumlar

Bu blogdaki popüler yayınlar

What is the ESC program? What am I doing in Poland?

Psixoloji İlkin Yardım

Yaddaş Pozuntuları : Amneziya (1)