"Bizi insan halına gətirən Tanrının bizi yaratdığı zaman mayamıza əlavə etdiyi qüsurlardır"

    İnsan ;

 
Tibbdə : fizioloji bir quruluş,
Sosilogiyada : cəmiyyətin bir hissəsi,
Psixologiyada : fərqli bir “mənlik” sistemi və yaradıcılıq ünsürü
İqtisadiyyatda : sistem vahidi,
İlahiyyatda : Allahın yaratdığı məxluqdur

İnsan qüsursuz varlıq deyil lakin bir çox insanın sosial həyatına diqqət etdikdə “mükəmməl”,”qüsursuz” görünmək üçün çalışdıqlarını və bəzən də bunu fərqində olmadan etdiklərini görə bilərik. Hər birimizin dərk etməli olduğu həyati və təsir edici bir həqiqət var:

“Özümüzə qarşı etdiyimiz hər səhv,daxilimizdən uzaqlaşmaq üçün atdığımız hər bir addım bizim şüuraltımızda bir iz buraxır və bizim həyatımıza,insan münasibətlərimizə təsir göstərir.”

                      


Bəs əgər biz qüsursuz deyiliksə nəyə görə doğuşdan və ya sonradan yaranmış psixoloji,zehni,sosial və bioloji itkilərə görə əziyyət çəkən insanlardan “özümüzü” ayırırıq ?

  Burdan yola çıxaraq cəmiyyətdə insanların “əngəlli” insanlara qarşı reaksiyaları 3 yöndən göstərə bilərik

  •      Hər hansı bir qəribə yaratıq görmüş kimi davranmaq ;
  •   Bu insanları daha çox cəmiyyətdən uzaqlaştırmaq və sanki çölə çıxmaları ,cəmiyyətə qarışmaları,insanlarla sosial əlaqə qurmaları qadağanmış kimi davranmaq ( burda daha çox aqresiyya görə bilərik) 
  •    Bu insanlara qarşı həddindən artıq emosional yanaşmaq

Çöldə gəzdiyiniz zaman daha az əngəlli insanlarla qarşılaşmaq və ya heç qarşılaşmamaq müsbət bir vəziyyət deyil əksinə digər insanların əngəlli insanlar üzərində olan təsirini göstərən bir işarədir.Çünki əngəlli insanlar cəmiyyətin güzgüsüdür nə qədər ki,ona baxmadan qaçırıq,onu tənqid edir,gizlətməyə çalışırıq eləcə də,cəmiyyətimizi,öz qüsurlarımızı ört basdır edirik.

Buna görə də əvvəlcə ;

“ Qüsurlarını sev,özünü sev,qüsurlarına baxmayaraq özünü sev.”

 



Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Müasir dövrdə münasibətlər haqqında : Ghosting,Benching, Zombieing,Cushioning

What is the ESC program? What am I doing in Poland?

Müasir dövrdə münasibətlər (2) - Love Bombing