John Steinbeckdən "Siçanlar və İnsanlar"
John Steinbeck "Siçanlar və insanlar " əsərində insan olmağı,xəyal qurmağı,insanın zəifliyini bizə göstərir.Əsərdəki Lennie nə qədər cüssəli,iri bir adam olsa da onun əqli qabiliyyətinin zəif olması fiziki gücünün daim önünə keçir.
Əsər iki əkinçi - George Milton və Lennie Smallın başına gələn faciəli hadisələr haqqındadır.
" Onlar cığırın bir ucundan düşərək açıq yerlərdə belə,ard-arda gəlmişdilər.Hər ikisi sarı,mis düyməli mavi cins kombinzon və kətan pencək geyinmişdi.Birinci adam bəstəboy,cəld və ağıllı idi.Arxasınca düşən ikinci adam isə onun tam əksi ; şəkilsiz sifəti,geniş,əydəm çiyinli bir yekəpər idi.Ayaqlarını ağır-ağır sürdükcə sanki ayı pəncəsini çəkirdi."
Birinci adam George ağıllı idi və Lennieni hər zaman qoruyur onunla birlikdə daha yaxşı həyat yaşamağın xəyallarını qururdu.Lennie isə əqli qüsurlu biri idi.Onun tək istəyi sevimli,balaca , istədiyi zaman oxşaya biləcəyi siçanlar,dovşanlar və George-la bərabər gözəl həyat yaşamaq idi.
" -Başla,George.Danış.Həmişə danışırdın.
+Sən hələ bezməmisən ? Yaxşı. Danışacam. Lennie,bizim kimi fermada çalışanlar dünyanın ən yalqız adamlarıdır.Onların ailsəi yoxdur.Fermaya gəlib biraz pul toplayırlar,sonra da şəhərə enib pulu sovururlar.Onlar səhəri nəzərə almazlar.Amma biz elə deyilik.Bizim öz gələcəyimiz var.Bizim bir evimiz olacaq,öz heyvanlarımız,öz tarlamız.Biz başqayıq,Lennie."
George və Lennie birlikdə Soledad yaxınlığında iş tapırlar və xəyallarını gerçəkləşdirmək üçün pul yığmağa başlayırlar.Lakin,Lennie-nin yumşaq və oxşaya biləcəyi şeylərə qarşı xüsusi marağı var idi,bəzən də onları oxşayarkən çox sıxır və istəmədən öldürürdü.Geoge və Lennie-nin xəyalı Lennie ferma sahibinin oğlunun arvadının saçını oxşaması və onu səhvən öldürməsi ilə məhv olur.Ferma sahibinin oğlu Curley bir qrup hazırlayır və Lennie-ni axtarmağa başlayırlar.
George Lennie-ni öldürəcəklərini bilir və dostunu onların öldürməsinə icazə vermir. George Lennie-ni özü öldürməyi qərara alır.Əlinə silahı götürür və əvvəlcədən Lennie-yə tapşırdığı, əgər təhlükəli bir halla qarşılaşsalar qaçacaqları talaya gəlir.
"Talada axşamüstü xəfif külək sovrulanda yarpaqlar xışıldandı , Lennie-yi axtaran qrupun səsi artıq daha aydın və yaxından eşidilirdi.George xəyalları danışaraq Lennie-ni sakitləşdirir və onun başının arxasından vuraraq öldürməyə hazırlaşır.
-Lennie,çaya bax dediklərimi təsəvvür et.Bizim xüdmani evimiz olacaq.
+Davam elə,George
-Bizim inəyimiz olacaq,bəlkə donuzumuz,toyuq-cücəmiz,bir balaca da yonca yerimiz olar.
+Dovşanlar üçün,George
-Dovşanlar üçün
+Yepyekə yerimiz olacaq,George
-Hə,Lennie
+Davam elə , George.Biz ora haçan gedirik?
-Tezliklə
+Mən və sən.
-Sən və mən,Lennie "
Yorumlar
Yorum Gönder