The Music Never Stopped ( Musiqi Əsla Dayanmaz)
Musiqiyə olan sevgi,bağ başqa cür necə ifadə edilə bilər ki?
The Music Never Stopped ( imdb 7.6) filmi Jim Kohlberg imzalı olduqca maraqlı bir dram filmidir.Film Sawyerlərin evinə gələn zənglə başlayır.Yaşlı cütlük bu zəngə cavab verən zaman 20 ildir ki,evi tərk edən oğulları Gabrielin xəstəxanada olduğunu öyrənirlər.Burda qayıdaq biraz keçmişə.Gabriel evdən niyə qaçmışdı?Gabriel Sawyer kiçikliyindən bəri musiqi ilə olduqca güclü əlaqələri olan bir uşaq idi və böyüdükcə bu bağlılıq inkişaf edirdi.Gabriel eyni zamanda "Black Sheep" adlı qrupun solisti idi.
Lakin atası Henry Sawyer onun musiqi ilə bu qədər bağlı olmasını xoşlamırdı və onun tək istədiyi Gabrielin universitetdə oxuması idi.
Beləliklə,evdə baş verən bir çox münaqişələrdən sonra Gabriel evi tərk edir.20 il müddətində evi tərk edən Gabriel bəzən küçələrdə qalmaq məcburiyyətində qalsa belə evinə əsla qayıtmır.20 il sonra Sawyerlərin evinə gələn zənglə ailə yenidən bir araya gəlir.Gabrielin beynində tapılan xərçənglə bərabər həkim artıq onun bir şey xatırlamayacağını , hətta söhbət zamanı danışılanları belə qısa müddətə hafizəsində saxlaya biləcəyini qeyd edir.Atası Henry internetdə bir məqalə oxuyur bu məqalədə hafizəyə musiqinin təsirlərindən danışılırdı.Henry bu məqaləni yazan musiqi terapistinin yanına gedir və ondan oğlu-Gabriel üçün kömək istəyir.Beləliklə,filmin irəli saatlarında Henry Gabriellə keçirə bilmədiyi zamanı musiqi yardımı ilə keçirməyə , onunla musiqi vasitəsilə əlaqə saxlamağa başlayır.
Film bizə musiqini,ritmi,musiqini hiss etməyi izah edir."Bob Dylan ", "The Grateful dead","The Beatles" kimi qrupların musiqilərinin yer alması filmə ayrıca rəng qatır.
Əgər izləməmisinizsə mütləq izləyin !
Yorumlar
Yorum Gönder