Fresh Start Effect
"Fresh Start Effect" nədir və bizə nə kimi faydası var ?
Yeni bir başlanğıcın sahib olduğu,hiss etdiyi gücü sözsüz ki,hər kəs bilir.Bu özümüzə güvənməyimizə , daha inamlı hiss etməyimizə və hər hansı bir hədəfə çatmaq üçün bizə motivasiya verir.Eyni zamanda ,psixoloqlar tərəfindən aparılan araşdırmalar bunun istəklərimizə və davranışlarımıza güclü təsir göstərdiyini təsdiqləyir.
Bəs bizi yeni hədəflər qazanmağa sövq edən nədir?
Hər kəs sağlamlığını, sosial vəziyyətini, maliyyəsini və münasibətlərini yaxşılaşdırmaq üçün dəyişikliklər etmək istəyir, amma bunu etmək üçün real bir addım atmaq lazım olur.Bəzən isə insanlar real addım atmağın əvəzinə əvvəlki səhvlərinə diqqət edir və fərqli bir şey edə bilməyəcəklərinə özlərini inandırlar.Beləliklə,uğursuzluqlarımız və qüsurlarımız şəxsiyyətimizin bir hissəsi olur.Bu zaman ,bəzi hadisələr bizə özümüzü dərk etməyə,problemlərin çarəsini tapmağa ilham verir.Belə ilhamlardan biri də insanların daim istifadə etdiyi ancaq fərqində olmadığı "Fresh Start Effect"dir.Hamımız yeni bir başlanğıc hissi ilə tanışıq. İstər yeni işdəki ilk gün, istər yeni satış ayının başlanğıcı, istər Yeni il səhəri ,istərsə də sadəcə həftənin bazar ertəsi səhərinin başlanğıcı.Bu psixoloji sıfırlama növü olaraq, əvvəlki bir uğursuzluqdan geri dönmək üçün faydalı ola biləcək bir strategiyadır.Lakin təzə başlanğıc effektlərinə baxan işlərin böyük əksəriyyəti uğursuzluqdan sonra baş verən performans sıfırlamaları ilə məhdudlaşır.Bu effektin daha faydalı ola bilməsi üçünisə bir neçə addım vardır :
1) Sıfırlamadan sonra bir hədəf qoyarkən intiuisiya və hisslərdən əlavə performans göstəricilərinizə diqqət yetirin.İntuisiyanızdan və hisslərinizdən fərqli olaraq, performans göstəriciləri yalan danışa bilməz.Bu, bir çoxumuzun nəzərdən qaçardığımız və nifrət etdiyimiz məqsəd qoyma hissəsidir.Məqsədlərinizi öz performansınıza uyğun olaraq təyin edin. Əgər hər gün bir səhifə kitab oxumağı davam etdirməyi bacarırsınızsa bu rəqəmi "10 səhifə də oxuya bilərəm . Məndə bu alınar." deyərək 10-a çıxarmayın.
2)"Fresh starts" diqqətlə istifadə olunmalıdır. Siz performans sıfırlamalarında daha seçici olmalı və yaxşı , pis keçmiş performanslar arasındakı fərqi özümüzdə anlamalısınız.
3) Gələcəkdəki özünüzlə əlaqə qurun.Biz indiki mənliyimizlə gələcək mənliyimiz arasındakı əlaqənin kəsilməsi səbəbindən gecikmiş məmnuniyyətdənsə dərhal məmnun olmağı üstün tuturuq.Yəni indiki verdiyiniz qərarların gələcək mənliyinizə olan təsiri haqqında düşünün.
Yorumlar
Yorum Gönder