" Hər şeyin nəzəriyyəsi "
Stiven Havkinq, yəqin ki, müasir dövrün ən məşhur dahisidir.Gəncliyində at minən,avarçəkmə və bunun kimi bir çox idman növləri ilə məşğul olan Havkinq 1960-cı illərdə hələ 21 yaşında ikən Yan amiotrofik skleroz (ALS) xəstəliyi olduğunu öyrənir. Filmdə isə bunu Oxford-un binasından çıxıb qaçarkən bir anda yıxılması ,zədə alaraq həkimə getməsi nəticəsində öyrədniyini təsvir edirlər.Bəs Yan amiotrofik skleroz nədir ? Necə oldu ki,həkimlərin 2 il müddət verdiyi Stiven Havkinq 76 yaşına kimi yaşadı?
Yan amiotrofik skleroz beyin və onurğa beyindəki əzələlərin hərəkətinə imkan verən sinir hüceyrələrinin zədələnməsi nəticəsində meydana gəlir.Xəstəliyin klassik əlamətləri atrofiya dediyimiz əzələ zəifliyi və əzələ əriməsidir.Bir çox hallarda əvvəl udqunma çətinliyi ilə başlayaraq bədənə yayılan xəstəlik , tənəffüs çatışmazlığına da səbəb ola bilər.Xəstəliyin kliniki tərəfləri isə əzələ zəifliyi,əzələ krampları,nitq və udqunma pozğunluğu, həmçinin , yeriş pozğunluğu ilə müşahidə olunur.Havkinqin uzun yaşamasına səbəb isə iki formada izah olunur :
1)Biri diafraqma boyunca hərəkət edən motor neyronlardır.Bunlar tənəffüs əzələlərinə təsir edir.Buna görə insanlar nəfəs almaqda çətinlik çəkdikləri üçün daha tez həyatlarını itirirlər.
2)Xəstəlikdən təsirlənən başqa bir sahə də udma əzələləridir.
Xəstədə bu iki pozğunluq müşahidə olunmazsa, uzun müddət yaşayacaqlar.Havkinq isə bu yöndən şanslı idi buna görə də həkimlərin 2 il deməsinə baxmayaraq 76 yaşına qədər yaşaya bildi.Havkinq ilk dəfə xəstəliyi öyrəndiyi zaman isə soruşduğu ilk sual bu olur :
( -Beyin? Beyin nə olacaq?)
Bu xəstəliyin zehni funksiyalara və yaddaşa təsiri olmasa da qısa müddət sonra Havkinqi təkərli oturacağa məhkum etdi.Bu müddət ərzində Havkinq və Jane xəstəliyi öyrəndikdən sonra evlənirlər və Havkinqin Jane ilə evliliyindən 3 uşağı dünyaya gəlir.Havkinq Jane ilə evliliyini "həyatımın dönüş nöqtəsi" olaraq adlandırır.
1985- ci ildən sonra səsini də itirən Havkinq mətnləri səsə çevirə bilən kompüteri sayəsində insanlarla ünsiyyət qura bilirdi.Nə vaxt danışmaq istəsə, əlindəki elektron cihazı sıxaraq kreslosuna qoşulmuş xüsusi kompüterinin ekranında dəqiqədə orta hesabla 10 söz sıralaya bilərdi.Bu səssiz danışan dahinin xüsusi kompüterinin yaddaşında təxminən 2600 söz var.Sağlam insanların danışıqlarında istifadə etdiyi sözlərin sayı isə təxminən 2500-dür. Beləliklə, hər hansı bir söz demək istəyəndə ekranda yaza bilərdi Bu səbəbdən Havkinqin hisslərini ifadə etməkdə bir söz çətinliyi yox idi.Bu müddət ərzində bir çox konfranslar verən Havkinq kvant fizikası və qara dəliklər üzərində geniş işi ilə tanınmağa başlayır.1988-ci ildə Kainatın elminə bələdçi olan "Zamanın qısa tarixi: Böyük partlayışdan qara dəliklərə" kitabını yazdı. Və Havkinqin dediyinə görə bu 10 milyondan çox kopyası satılan bu kitab onun " heç vaxt populyarlığı bitməyən " kitabı idi.
Yaşadığı müddət ərzində o , kvant fizikasının imkan verdiyi dərəcədə tərəddüd edən qara dəliklər tərəfindən yaradılan enerji hissəciklərinin qarşılıqlı təsiri və məhv edilməsi barədə 'Hawking Radiation' olaraq bilinən nəzəriyyəni kəşf etdi.Bəlkə də ən maraqlısı kainatın qurulmuş qanunlara görə inkişaf etdiyini söylədiyi 'hər şeyin nəzəriyyəsi' idi.
.
Havkinq deyirdi ""Kainat hara gedir, sonu olacaqmı? Belə olarsa necə bitəcək? Bu sualların cavabını tapsaq, Allahın zehnini başa düşərik."
2007-ci ildə Stiven Havkinq ən böyük arzusunu reallaşdırdı.O,2007-ci ilin yanvar ayında xüsusi təyyarədə çəkisizlik uçuşu həyata keçirdi.






Yorumlar
Yorum Gönder