"Spotlight" effekti
"Hamı mənə baxır!" duyğusunu yaradan effekt "Spotlight"
"Spotlight” effekti termini Thomas Gilovich, Victoria
Husted Medvec və Kenneth Savitsky tərəfindən irəli sürülmüşdür.Bu effektə görə hər bir insan öz dünyasının mərkəzindədir. Bu, təkəbbürlü olduğumuz və ya özümüzə digər insanlardan daha çox dəyər verdiyimiz anlamına gəlmir .Sadəcə,diqqətimizi öz dünyamıza yönəltdiyimiz üçün digər insanlara qarşı diqqətin dağılmasından ortaya çıxır. Beləliklə,"Spotlight " effekti , insanların sosial mühitdə çox fərqləndiklərinə yəni daim digər insanların diqqət mərkəzində olduqlarına inanması fenomenidir."Spotlight" effekti adi gərginlikdən daha çətindir və bu effekt beyin fəaliyyətindəki fərqləri və ətrafınızdakı reaksiyaları əks etdirir.Bu zaman sosial narahatlıqla bağlı hisslərinizin məntiqsiz olduğunu bilə bilərsiniz, ancaq hisslərinizi dəyişdirə bilməzsiniz.Heç
kimin sizə həqiqətən diqqət yetirmədiyini başa düşdüyünüz nöqtəyə gələ bilsəniz,
o zaman bu qədər narahat olmağı dayandıracaqsınız.Lakin sosial narahatlığı olanlar üçün bu həqiqəti tanımaq və
narahatlığı aradan qaldırmaq daha çətin ola bilər. İzlənildiyini hiss edirsinizsə,
bütün həyatınızı başqalarına xoş gəlmək üçün sərf edəcəksiniz. Pis görünmək istəmirsinizsə ətrafınızdakı hər kəsin gözləntilərini qarşılamaq üçün sonsuz miqdarda
enerji sərf etməyə meylli olacaqsınız. Ancaq unutmayın ki, elmi dəlillər göstərir
ki, digər insanlar sizinlə düşündüyünüz qədər maraqlanmırlar!
Və bu yazımı Roger Rosenblattın "Spotlight " haqqında sözləri ilə tamamlayıram.
" #qayda1 - Heç kim sənin haqqında düşünmür !
Bəli, bilirəm, dostlarınızın sizə düşmən olacağına əminsiniz;baqqalınız, çöpçü, din xadimi, baldızınız və digər insanlar . Hətta onların sizin ; kilonuz,əlaqələriniz haqqında düşündüklərinə və danışdıqlarına da əminsiniz.Sanki,hər kəs günün üçdə ikisini sizin həyatınıza münasibət bildirmək, işinizi pisləmək, sui-qəsd hazırlamaqla keçirir.Söz verirəm: Heç kim sənin haqqında düşünmür.Çünki,hər kəs sənin kimi özü haqqında düşünür "
—Roger Rosenblatt, Rules for Aging, Harcourt, October 18, 2000
Yorumlar
Yorum Gönder