Müasir dövrdə münasibətlər haqqında : Ghosting,Benching, Zombieing,Cushioning

                                 


       Bu yazıda qeyd edəcəyim hər bir növ psixoloji şiddətə aiddir. Bəs psixoloji şiddət nədir ? Psixoloji şiddət (psixoloji istismar, emosional şiddət və ya emosional sui -istifadə kimi də tanınır), təcavüzkar və zorakılığın elə bir formasıdır ki, cinayətkar qurbanı emosional olaraq qorxutmaq və alçaltmaq, cəzalandırmaq üçün ona  təzyiq göstərir.Psixoloji şiddət törədən şəxs sistematik olaraq qışqırmaq, qorxutmaq, söymək, təhdid etmək, təhqir etmək, alçaltmaq, daimi tənqid etmək, qurbanın hərəkətlərinə, geyiminə, başqaları ilə münasibətlərinə nəzarət etmək,  təhrik etməklə qurbana emosional təzyiq göstərir. Çox vaxt yaxın emosional münasibətlərdə , ailə daxilində və iş yerində görülür. Ən çox görülən şiddət növlərindən biridir, ancaq insanlar bunu ya bilmir, bilirsə də buna qarşı gəlməkdə çətinlik çəkirlər.Müasir dövrdə isə münasibətlər də bir çox psixoloji şiddət növünə rast gəlmək olar. İndi onlara göz ataq.

1) Ghosting 

Ghosting, heç bir izah və ya açıqlama olmadan digər insanla ünsiyyəti qəfil kəsmək mənasını verən nisbətən yeni bir tanışlıq terminidir.. Gördüyünüz kimi, bu vəziyyətin "ghosting" adlandırılmasının əsas səbəbi, adamın sanki bir ruh  kimi havada itməsidir.Mesajlarınıza məhəl qoymur, zənglərinizə cavab vermir, görüşmür . Bəzi psixoloqlar, xüsusən kişilər tərəfindən tətbiq edilən, izah edilmədən qaçma vəziyyətini, tərk edilmə hissini dərinləşdirən emosional şiddət olaraq təyin edirlər. Bu termin daha çox romantik münasibətlər üçün istifadə olunsa da, texniki olaraq gözlənilmədən yoxa çıxdıqları və birdən -birə kəsildikləri, o cümlədən dostları və ailəsi ilə münasibətləri əhatə edən hər hansı bir ssenarini əhatə edə bilər.

2) Benching 

Bu bir növ sanki idmanda "ehtiyatda saxlanma"ya bənzəyir.Bu yaxşı və doğru səslənməsə də müasir dövrdə ən çox istifadə edilən psixoloji şiddət növlərindəndir.Münasibətdə olduğunuz insan  bir şəkildə sizə ümid verirsə, amma əlaqəni daha da inkişaf etdirmək üçün heç bir tədbir görmürsə, bu, benchingə məruz qaldığınızı göstərir. Münasibət üçün istəkli deyil; amma səndən tamamilə ayrılmaq istəmir. Dost kimi davranmır, aşiq kimi davranmır. Başqa sözlə, vəziyyətiniz bir xətt ilə aydın olmadığından, "bəlkə də bir gün münasibət qura bilərik" düşüncəsi ilə sizinlə ünsiyyət qururlar ki, hələ də orda olduğunuzdan əmin olsunlar.

3) Zombieing 

Yuxarıda izah elədiyim sizi ghosting-ə məruz qoyan insanın bir anda "dirilib" geri gəlməsinə zombieing deyilir. Elə adından da görüldüyü kimi birinci o insan yoxa çıxır bir növ "ölür" sonra isə sanki "zombi" kimi dirilir.Və ən pisi də nə zaman ki,həyatınızı yoluna qoymağa başlamısınızsa o zaman gəlir və yenidən sizə ümid verməyə başlayır.

4) Cushioning

Romantik bir münasibətdəsiniz, ancaq köhnə ehtirasın, həyəcanın və sevginin yox olduğunu hiss edirsiniz. Bu münasibət bitməzdən əvvəl başqaları ilə flört etməyə başlayaraq ayrıldıqdan sonra düşməyi asanlaşdırmaq üçün yastıq tapma vəziyyətinə yastıqlama deyilir. Beləliklə, əlaqəniz bitdikdən sonra biganə və tək qalmayacaqsınız və ayrılıq ağrını daha asan aşacaqsınız. 

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

What is the ESC program? What am I doing in Poland?

Müasir dövrdə münasibətlər (2) - Love Bombing