Dopamin hormonu və dopamin detoksu


 Dopamin hormonu haqqında az-çox hamınız məlumatlısınız.Dopamin "xoşbəxtlik hormonlarından" biri kimi tanınır. Dopamin, mərkəzi sinir sistemində  fəaliyyət göstərən və bədən üçün yaddaş, yuxu, əhval-ruhiyyə,motor aktivliyi, idrak və davranış kimi çox vacib funksiyaları tənzimləyən bir nörotransmitterdir.İndi düşünə bilərsiniz ki,bu qədər vacib funksiyaları özündə daşıyan bir hormon üçün nəyə görə detoks edək ? İndi gəlin məsələnin digər yönünə diqqət edək.

   Dopamin əslində zövq verən bir maddədir. Bir şeydən zövq aldığınız zaman bilin ki, beyninizin bir sahəsindən digərinə çox miqdarda dopamin buraxılmışdır. Siqaret çəkərkən və ya şokolad yeyərkən dopamin aktivləşir. Dopamin  yaxşı bir yemək yeyərkən ilk yeməkdə hiss etməyə başladığınız zövqdür.Aşiq olanda özümüzü yaxşı hiss edirik, hiperaktiv oluruq, yuxumuz azalır. Zövq hiss edirik. Bu sevgilinizdən deyil, öz beyninizdəki dopamindən qaynaqlanır.Lakin bütün bunlarla yanaşı dopamin bağlılıq,asılılıq yaradan bir "köməkçi"dir.Dopaminin yayılmağa səbəb olan bir davranış etdikdə, bu beyin tərəfindən mükafat olaraq qəbul edilir. Bu, bizi sevdiyimiz davranışları təkrarlamağa sövq edir, bu da asılılıq inkişaf etdirməyimizə səbəb olur. Məsələn, yazılarımız bəyənildikdə və ya sosial mediadan istifadə edərkən müsbət şərhlər alanda bu mükafat yolları aktivləşir və sosial media hesablarımızı dəfələrlə yoxlamağımıza səbəb olur.Dopaminin yayılması  üçün bunları davamlı olaraq etdiyimiz zaman, nəticədə bu şeylərdən asılı olacaq bir "dopamin tolerantlığı" inkişaf etdirəcəyik. Bu vəziyyətdə zövq aldığımız fəaliyyətləri nə qədər təkrarlasaq da, əvvəlki kimi xoşbəxt olmayacağıq.Çox stimula məruz qalan dopamin reseptorları həssaslığını itirməyə başlayır.Bütün bunların qarşılığında bizə qalan asılılıq olacaq.Buna görə də müasir dövrdə bütün bunların qarşısının alınması üçün yeni bir detoks "dopamin detoksu" yayılmışdır. Bəs bu nədir və necə olur ki,bu detoksdan sonra biz daha gümrah,daha yaxşı və "fresh" hiss edə bilirik ?

   Sağlamlığımızı qorumaq və bədənimizi toksinlərdən təmizləmək üçün detoks etmək şərtdir.Həyatınızda sizi narahat edən davranışları azaltmaq və zehni məmnunluğunuzu artırmaq istəyirsinizsə, bu fəaliyyətləri dopamin detoksu ilə daha nəzarətli və şüurlu bir şəkildə həyata keçirə bilərsiniz. Dopamin detoksunu günün sonunda 1 ilə 4 saat arasında, həftə sonu bir gün, hər 3 ayda bir və ya hər həftə bir həftə sonu  edə bilərik. Həmçinin bunun etmənin bir çox üsulu vardır.Məsələn,gündəlik həyatınızda sizə zövq verən, lakin müəyyən bir müddətə (məsələn, 3 gün və ya 1 həftə) rutinə çevrilən hər şeydən (könüllü olaraq) məhrum olun. Təbii ki, bunu edərkən minimum həyati ehtiyaclarımızı da göz ardı etməməliyik.Yuxarıdakı versiyanı həftədə yalnız bir dəfə tətbiq edə bilərsiniz. Zövqlü görünən və ya dopamini artıran fəaliyyətlərdən qaçınmaq, beyninizi diqqət tələb edən digər fəaliyyətlərə yönəltməyin təsirli bir yoludur. Etdiyiniz gərgin bir fəaliyyət üçün dopamini 'mükafat' olaraq istifadə edən bir plan da həyata keçirə bilərsiniz. Sizin üçün çətin olan bir şeyi etməyə vaxt ayırıb uğurla başa vurduqdan sonra sevdiyiniz bir işlə özünüzü mükafatlandıra bilərsiniz. Sevdiyiniz kitabı oxumaq, idman oynamaq və ya sosial mediada gəzmək kimi. 

  Lakin unutmayın ki,hər şey bu detoksu yalnız bir dəfə etməklə yekunlaşmır.Əgər həqiqətən həyat fəaliyyətinizi balanslaşdırmaq istəyirsinizsə həyatınızı düzgün tarazılaşdırmalı və iradənizi gücləndirməyə çalışmalısınız.

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

What is the ESC program? What am I doing in Poland?

Psixoloji İlkin Yardım

Yaddaş Pozuntuları : Amneziya (1)