A.Adler " Bədən dili və onun mövqeləri " (1)

   


   Yeni mövzumuz Alfred Adlerin elmə gətirdiyi invidual psixologiya haqqında olacaq. Əvvəlcə gəlin qısa müddətlik Adlerin kimliyini gözdən keçirək. Alfred Adler  psixologiyanın birinci vəzifəsi kimi sosial faktoru ortaya qoyan ilk psixoloqlardan sayılır.Adlerə görə “İndividual psixologiya fərdi, cəmiyyətin daxilində görür və tədqiq edir və biz insana cəmiyyətdən ayrı halda baxmaq və tədqiq etməkdən imtina edirik”.Əgər Freydə görə, insan davranışı universal bioloji faktorlara əsaslanırsa, Adlerə görə isə, davranış insanın konkret həyat təcrübəsi, yaşadığı mühit, sosial xarakter kimi bir sıra digər faktorlar əsasında meydana gəlir. Bir başqa sözlə desək, Adlerə görə, şəxsiyyət sosial faktorlar, fəaliyyət faktoru və yaxınlarla olan münasibətlər kimi faktorların konflikti ilə müəyyən olunur.Beləliklə,bu günki yazım Alfred Adlerin "Yaşamaq sənəti" kitabında yer verdiyi Bədən dili və pozisiyalar haqqında olacaq. 

    Adlerə görə bir insanın psixologiyasını daha yaxşı anlamaq və ona yardım etmək üçün uşaqlıq xatirələrinə enməkdən əlavə onun bədən dilinə və hərəkətlərinə də xüsusi diqqət etmək lazımdır. Əslində bunu psixoloq,psixiatr və hər hansı bir elm adamı olmasaq belə biz də edirik.Məsələn ilk tanış olduğumuz və ya hardasa rastlaşdığımız insanın bədən dilinə,hərəkətlərinə  istəmsiz  də olsa diqqət edirik.Və bu hərəkətlər bizə insanla  qurduğumuz əlaqə zamanı xüsusi təsir edir.Beləliklə, yaxın əyləşin əsas məqama keçək.

1) Ayaqda duruş forması

Bəli,bir insanın ayaqda durma forması , bədənin pozisiyası bizə o insanla bağlı müxtəlif məlumatları verə bilər.Adlerə görə həddindən artıq dik duran,dik gəzən insanlar gerçəkdə olduğundan daha çox güclü və böyük görünmək üçün belə bir bədən formasına bürünürlər.Bəzən isə bu insanın əks forması olaraq belini büküb gəzən,əyilmiş formada olan insanlarla qarşılaşırıq.Bu insanlar daha çox qorxaq və “zəif insan “ təsiri bağışlayırlar.

2) Bir yerə söykənmək

Daim bir yerə  məsələn stola,masaya söykənən insanlara diqqət edək.Bu insanlar öz güc və quvvətlərinə bel bağlamayaraq bir yerdən daim dəstək almağa çalışırlar.Onların daim bir yerə söykənmələri eynən beli önə doğru əyik olan insanların bağışladığı zəif və gücsüz təsirini bağışlayır.

Eyni zamanda bir uşağın da bədən dilindən və hərəkətlərindən onun valideynlərinə nə dərəcədə bağlı olduğunu anlaya bilərik.Məsələn,həmişə anası tərəfindən dəstəklənmək istəyən uşaq anası olan bir məkana daxil olduğu zaman digər insanlarla heç bir göz kontaktı və əlaqə qurmadan ilk öncə anasına doğru yönələcək.Eyni formada ona yönləndirən hər hansı bir nitqi , sualı anasına baxaraq ondan razılıq almaq istəyərək cavablayacaq.

Ancaq bunu da deməliyik ki,bir insan haqqında fikirlər yürüdərək onun təkcə bədən dilinə deyil eyni zamanda digər yöntəmlərə də diqqət etmək lazımdır.

Bu yazımı Alfred Adlerin məhşur aforizmalarından biri ilə bitirmək istəyirəm.

"Yalnız normal insanlar, yaxşı tanımadığınız insanlardır."


Yorumlar

Bu blogdaki popüler yayınlar

What is the ESC program? What am I doing in Poland?

Psixoloji İlkin Yardım

Yaddaş Pozuntuları : Amneziya (1)