Cəmiyyətdə dovşan dodaq,qurd ağız kimi bilinən-Rinolaliya
Rinolaliya-latın sözündən əmələ gəlib,rinos-burun,laliya isə nitq deməkdir.Rinolalita nitq aparatının anatomik-fizioloji çatışmazlıqları ilə şərtlənən səs tələffüzünün,səs tembrinin pozulmasıdır.
Rinolaliyanın yaranma səbəbi nədir?
-Bu patologiyanın səbəbi tam aydınlaşdırılmayıb, lakin hamiləliyin birinci ilk üç ayında ananın keçirdiyi virus infeksiyaları (toksoplazma, sitomeqalovirus, herpes, məxmərək), cinsi yolla keçən infeksiyalar, hamiləlik dövründə qəbul edilən dərman preparatları, qeyri-kafi ekoloji şərait və s. faktorlar, həmçinin spirtli içkilərdən istifadə və siqaret çəkmə qüsurun
yaranmasına gətirib çıxara bilər
Rinolaliyanın iki forması mövcuddur : qapalı və açıq rinolaliya
Qapalı Rinolaliya zamanı - bu burun rezonansının fizioloji zəifləməsi ilə özünü göstərir.Normada ən güclü rezonans m və n səslərinin tələffüzündə özünü göstərir. Lakin,burun rezonansları olmaqdıqda bu səslər b və d səsləri kimi tələffüz olunur.Burun boşluğunda şişlər,burun divarlarında əyriliklər olduğu zaman Ön qapalı rinolaliya,adenoidlərin böyüməsi,burun-boğaz şişləri zamanı isə arxa qapalı rinolaliya yaranır.Açıq rinolaliya zamanı isə ağız və burun boşluğu arasındakı arakəsmə zədələnməsi nəticəsində səs tələffüzü eyni zamanda həm burun,həm də ağız boşluğunda baş verir,bunun nəticəsində isə uşaqlarda səs tembri dəyişir.
Rinolaliyanın yaratdığı çətinliklər nədən ibarətdir?
1)Uşaq danışan zaman nəfəs verməsi qısa və təkanvari olur.
2)Dilin hərəkəti kəskin surətdə azalmış olur.
3)Dil əzələləri ilə sıx əlaqədə olan dodaqların da hərəkəti məhdudlaşır.Beləcə bu uşağın nitqindən başqa həm də qidalanmasına da təsir göstərir.
Bəs Rinolaliyanı necə korreksiya etmək olar?
Rinolaliyalı uşaqlarla həm cərrahi əməliyyatdan əvvəl,həm də cərrahiyə əməliiyyatdan sonra korreksiya işi aparmaq lazımdır.Tibbi müdaxilə və cərrahiyə əməliyyatdan əvvəl :
1)Diafraqma tənəffüsü,burun və ağız nəfəs verməsi üzərində iş aparmaq
2)Samit və Sait səslərin qoyuluşu
3)və danışıq səslərinin avtomatlaşdırılması
Beləliklə,tibbi müdaxilə və cərrahiyə əməliyatından sonra uşaqların ağız boşluğu hərəkətsiz şəkildə olur.Buna görə də cərrahiyə əməliyatdından sonra onlara yumşaq damaq masajları,yumşaq damaq və udlağın arxa divarlarının gimnastikası,artikulyasiya gimnastikası,səs çalışmaları aparmaq lazımdır.Artikulyasiya aparatını fəallaşdırmaq üçün isə müxtəlif dodaq və dil çalışamaları aparmaq lazımdır.
Məşğələ zamanı istifadə oluna biləcək vəsaitlər :
artikulyar gimnastikadan ibarət kartlar,heca və səs kartları,nağıl kitabları,loto,üfürmək üçün istifadə oluna biləcək vəsaitlər
Yorumlar
Yorum Gönder