Bəşəriyyətin səsi-musiqi ilə terapiya
Musiqi - bəşəriyyətin universal fenomeni, zaman və məkanda hərəkət edə bilən ton səsidir.Musiqi insanın danışmadan belə duyğularını ifadə edə bilməsinə kömək edir.Musiqi eyni zamanda fərqli fərqli xalqları,mədəniyyətləri bir-birinə birləşdirir.
Bəs musiqi ilə terapiya mümkündürmü?
İnsanlar əsrlər boyu zehni və fiziki xəstəlikləri aradan qaldırmaq üçün müxtəlif müalicə metodlarından istifadə edirlər.İlk insanlar ruh və ya cin adı daşıyan pis məxluqların xəstəliklərə səbəb olduqlarına inanırdılar və musiqi,rəqslə onları qovacaqlarını düşünürdülər.Beləliklə,musiqi terapiyası əsrdən əsrə inkişaf etmiş və günümüzdə də geniş istifadə olunmağa başlanmışdır.Musiqi terapiyası həm incəsənət,həm də elmdir. Musiqidən əlaqə qurmaq,insanın böyüməsi və inkişafını tərbiyə etmək,özünü tanıtmaq üçün istifadə etdikdə bu terapiyaya çevrilir. Bu müddətdə musiqi psixoloji,əqli və fizioloji sağlamlığın bərpasında,fiziki və sosial bacarıqların bərpası və saxlanılmasında müalicəvi vasitə kimi istifadə olunur.Musiqi beynimiz və bədənimiz arasında mükəmməl inteqrasiya edir ,onlara uyğunlaşır.Dinlədiyimiz musiqi stilinə görə isə beynimizin müxtəlif hissələrini aktiv edə bilərik.Beləcə də,musiqidən neyroloji,onkoloji xəstəliklər,yaranan psixoloji və fiziolji patologiyalar zamanı istifadə etmək mümkündür.Musiqi ilə terapiyanın bir sıra növləri vardır.
Bunlar :
- Aktiv müalicə
Aktiv müalicənin məqsədi ədəni psixoloji və fiziki cəhətdən inkişaf etdirmək və qorumaqdır.Bu müalicə növü immun sistemini yaxşılaşdırır və bizi xəstəliklərdən ,onların yaranmasından qoruyur.
- Passiv müalicə
- Çalğı alətləri ilə müalicə
- Ritm müalicəsi
Musiqi ruhun qidasidir. Hamimiza nuş olsun💚
YanıtlaSil